Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub. 

“Qafqazinfo” xəbər  verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Nazirin digər əmrinə əsasən, Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.

İstinadlar Qafqazinfo