Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti başlayıb

Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edir.
Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.
Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq verəcəklər.
İyulun 12-də Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq.
Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Bu görüşdə NATO ölkələrinin liderləri ilə yanaşı, NATO-nun “Qətiyyətli dəstək” missiyasi üzrə tərəfdaşları da istirak edəcək. Sammit iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları da gözlənilir.