AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • AK Partinin deputatı avtomobil qəzasına düşərək yaralanıb
  • Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib
  • Danilov: Getdikcə daha çox ölkədə Rusiya agenturası zərərsizləşdirilir
  • Bu vəzifədə ilk dəfə qadın oldu – ABŞ-dan Türkiyəyə qayıtdı
  • Ərzincanda zəlzələ olub
  • Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
  • “Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
  • Trampa qarşı iqamətgahında tapılan gizli sənədlərlə bağlı cinayət işində ittiham irəli sürülüb
  • KİV: Blinken gələn həftə Pekinə səfər etməyi planlaşdırır
  • ÜST: Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb
  • Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib
  • Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
  • Ağdamda “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirildi – Fotolar
  • Rusiya Uman şəhərini atəşə tutub, yaralılar var
  • Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib
  • Biləsuvarda keçmiş kürəkən qayınatasına 6 bıçaq zərbəsi yetirib
  • 2024-ün Yer kürəsindəki ən isti il olacağı gözlənilir
  • Ermənistan Hava Yolları İrəvan – İstanbul birbaşa aviareysi açır
  • Toivo Klaar Azərbaycana gəlib – Foto
  • ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib
  • Mövqelərimiz atəşə tutuldu
  • Rusiya Baş Naziri: Azərbaycandan keçən dəhliz Süveyş kanalına rəqib olacaq
  • “Növbəti iclas İrəvanda olacaq”
  • Hərbi vəzifəlilərin təlimindən – Video
  • KİV: “Rusiya silahlıları Ukraynanın Xerson vilayətində təxliyə bölgəsinə atəş açır”
  • Bakıda aptekdən uşaq yeməyi oğurlayan şəxsə 20 sutka həbs verildi
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
22/03/2023 21:38
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
09/06/2023 05:38
Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video
08/06/2023 21:22
Hərbi vəzifəlilərin təlimindən – Video
08/06/2023 17:11
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
08/06/2023 10:23
Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO
08/06/2023 10:06
Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO
08/06/2023 04:38
Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video
07/06/2023 14:44
Zakir Həsənov erməni təxribatlarından danışdı – Video
07/06/2023 12:59
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video
07/06/2023 11:02
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video
07/06/2023 06:26
Seldən qaçan el… – Video + Fotolar
07/06/2023 05:44
Sinan Ogan 5 il sonra da… – Video
07/06/2023 04:37
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video
06/06/2023 15:35
Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…
06/06/2023 15:27
Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video
06/06/2023 15:17
Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO
06/06/2023 09:59

Video xəbərlər

  • “Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
  • Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video
  • Hərbi vəzifəlilərin təlimindən – Video
  • DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
  • Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

09/06/2023
07:38 AK Partinin deputatı avtomobil qəzasına düşərək yaralanıb
07:17 Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib
06:59 Danilov: Getdikcə daha çox ölkədə Rusiya agenturası zərərsizləşdirilir
06:35 Bu vəzifədə ilk dəfə qadın oldu – ABŞ-dan Türkiyəyə qayıtdı
06:11 Ərzincanda zəlzələ olub
05:40 Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
05:38 “Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
05:11 Trampa qarşı iqamətgahında tapılan gizli sənədlərlə bağlı cinayət işində ittiham irəli sürülüb
04:20 KİV: Blinken gələn həftə Pekinə səfər etməyi planlaşdırır
03:47 ÜST: Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb
03:05 Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir, lakin nəticə əldə olunur
02:35 Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
02:23 Ərdoğan Fəxrəddin Altunu vəzifəsində saxlayıb
01:59 Xətai rayonunda gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib 
01:22 Blinken Kuleba ilə Kaxovka SES-dəki durumu müzakirə edib
01:20 Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib
00:20 Zelenski Rusiyanı ekosidlə bağlı məsuliyyətə cəlb etmək üçün ekspert qrupu yaradılacağını bildirib
08/06/2023
23:54 Ağdamda “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirildi – Fotolar
23:54 Bayden NATO-nun növbəti baş katibinin namizədliyi ilə bağlı razılaşmanın tamamlanmadığını açıqlayıb
23:49 BMT-nin mənzil qərargahında bayraqlar endirilib
23:47 İstanbulda atışma olub – 2 ölü, 4 yaralı var
23:45 Rusiya Uman şəhərini atəşə tutub, yaralılar var
23:40 Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib
23:38 Aptekdən uşaq yeməyi oğurlayan şəxs daha əvvəl də həbs olunub – Rəsmi
22:35 Xersonun atəşə tutulması nəticəsində yaralıların sayı 18-ə çatıb
22:31 Biləsuvarda keçmiş kürəkən qayınatasına 6 bıçaq zərbəsi yetirib
22:29 2024-ün Yer kürəsindəki ən isti il olacağı gözlənilir
22:17 CAR-da vəbadan ölənlərin sayı 30-u keçib
22:02 Ermənistan Hava Yolları İrəvan – İstanbul birbaşa aviareysi açır
21:50 Macarıstan Prezidenti: Rusiya Ukraynadakı hərbi məqsədlərinə nail olmamalıdır
21:41 Toivo Klaar Azərbaycana gəlib – Foto
21:38 Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
21:22 Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video
21:20 ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib
21:11 Aİ-nin Cənubi Qafqazdakı nümayəndəsi Bakıda səfərdədir
21:05 İranda daşqınlar nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb
20:55 Qeyri-qanuni erməni silahlı dəstələri üzvlərinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
20:53 Mövqelərimiz atəşə tutuldu
20:41 Türkiyə Milli Təhlükəsizlik Şurası: Azərbaycan-Ermənistan dialoq prosesindəki irəliləyişdən məmnunluq duyuruq
20:35 Rusiya Baş Naziri: Azərbaycandan keçən dəhliz Süveyş kanalına rəqib olacaq
20:26 Azərbaycanın Baş naziri Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb 
20:20 BMT: Kaxovka su anbarının dağıdılması nəticəsində 16 min adam zərər çəkib
20:02 Fransalı müxalif deputatlar hökumətə etimadsızlıqla bağlı səsvermə keçirəcək
19:50 Stoltenberq NATO ölkələrini Ukraynaya humanitar yardım göstərməyə çağırıb
19:44 Nazir: “Naxçıvan öz inkişafının ən yüksək həddinə çatacaq”
19:40 Bu küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
19:38 Qaradağda tullantıların olduğu ərazi yanır
19:17 Gəncədə avtomobil motokuryeri vuraraq qolunu sındırıb
19:05 Ukraynalı komandan: “Tavriya istiqamətində Rusiyanın üçdən çox bölüyü məhv edilib”
18:59 Ukrayna Avropa Komissiyasına nota verib
18:55 Rəsmi Bakı: “Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub”
18:53 Keçmiş qayınatasına xəsarət yetirən şəxs saxlanıldı
18:47 Azərbaycan XİN Ermənistan TŞ katibinə cavab verib
18:44 Ceyhun Bayramov Rusiya səfirini Azərbaycandakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib
18:32 Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirib
18:14 Bakıda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə edilir – SİYAHI
18:11 Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub
17:55 “Növbəti iclas İrəvanda olacaq”
17:53 Rumıniya Rusiya səfirliyinin işçilərinin 50-dən çoxunun ixtisar edilməsini tələb edib
17:38 Biləsuvarda arpa biçini başlayıb, məhsul ucuzlaşıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Multimedia 22/03/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək.

Bu barədə Güney Azərbaycan türklərinin yaydığı çağırışda deyilir.

Çağırışda bildirilir ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir:

“Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”.

Daha sonra qeyd edilir ki, mitinqdə İran rejiminin son aylarda ortaya çıxan narazılıqları qanla basdırmasına etiraz ediləcək:

“İran rejiminin son aylarda qətlə yetirdiyi 500-dən çox etirazçının böyük qismi türklərdən ibarətdir. Güney Azərbaycan türklərinin səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır”.

Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq, belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik. Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, – deyir.

Oxumağa dəyər:   Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb

Çağırış “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Multimedia 09/06/2023 05:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılıb.

Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.

Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər. 

“4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram… Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”, – deyə uşaqların anası deyib.

Daha ətraflı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Multimedia 08/06/2023 21:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

Hadisə iyun ayının 6-sı baş verib.

2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən “Xəzər Xəbər”ə bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hərbi vəzifəlilərin təlimindən – Video

Multimedia 08/06/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“N” hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.

Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Hadisə 08/06/2023 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.

Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.

Oxumağa dəyər:   DSX rəisi: "Sərhəd infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür"

Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.

Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.

Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Hadisə 08/06/2023 10:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Multimedia 08/06/2023 04:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda piyadaların ən çox vurulduğu ərazilər açıqlanıb. 

Mövzu ilə bağlı İctimai Televiziya reportaj hazırlayıb. 

Bildirilib ki, Bakıda piyadaların ən çox vurulduğu ərazilər Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr Prospekti və Yusif Səfərov küçələridir.

Sözügedən süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Multimedia 07/06/2023 14:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

***

İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub. 

Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.

Oxumağa dəyər:   Araz Musayev MHP rəsmiləri ilə görüşdü - Fotolar

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Multimedia 07/06/2023 12:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.

Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.

Oxumağa dəyər:   Aİ-nin Cənubi Qafqazdakı nümayəndəsi Bakıda səfərdədir

Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Multimedia 07/06/2023 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub. 

Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. 

Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər. 

Həmin süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Multimedia 07/06/2023 06:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Habillə mənim çox zarafatlarım olub”.

Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.

O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.

Sözügedən videonu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Seldən qaçan el… – Video + Fotolar

Multimedia 07/06/2023 05:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib. 

Nəticədə Terme çayı daşaraq evləri su basıb.

Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.

Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sinan Ogan 5 il sonra da… – Video

Multimedia 07/06/2023 04:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.

Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.

O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Multimedia 06/06/2023 15:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Xəbər 06/06/2023 15:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə kəşfiyyatının yeni rəhbəri İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Bununla belə, oktyabrda keçiriləcək konsertin biletləri hələ də satışdadır.

Kalın bir neçə single yazdırıb, oxuyur və saz çalır. 2022-ci ilin oktyabrında o, Beynəlxalq Xalq Musiqisi Festivalı çərçivəsində üç musiqiçi ilə birlikdə konsert verib.

İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Multimedia 06/06/2023 15:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Hadisə 06/06/2023 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 09/06/2023 05:38

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Read more
Multimedia 08/06/2023 21:22

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Read more
Multimedia 08/06/2023 17:11

Hərbi vəzifəlilərin təlimindən – Video

Read more
Hadisə 08/06/2023 10:23

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Read more
Hadisə 08/06/2023 10:06

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Read more
Multimedia 08/06/2023 04:38

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Read more
Multimedia 07/06/2023 14:44

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Read more
Multimedia 07/06/2023 12:59

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 07/06/2023 11:02

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Read more
Multimedia 07/06/2023 06:26

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Read more
Multimedia 07/06/2023 05:44

Seldən qaçan el… – Video + Fotolar

Read more
Multimedia 07/06/2023 04:37

Sinan Ogan 5 il sonra da… – Video

Read more
Multimedia 06/06/2023 15:35

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Read more
Xəbər 06/06/2023 15:27

Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Read more
Multimedia 06/06/2023 15:17

Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Read more
Hadisə 06/06/2023 09:59

Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Read more
Multimedia 05/06/2023 22:17

Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video

Read more
Multimedia 05/06/2023 12:44

Ərdoğana sevgisini belə ifadə etdi – Video

Read more
Multimedia 05/06/2023 12:19

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO

Read more
Hadisə 05/06/2023 09:38

Bakıda hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 04/06/2023 23:14

Erməni diversantların etirafları… – Video

Read more
Multimedia 03/06/2023 23:11

Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Read more
Multimedia 03/06/2023 22:44

“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Read more
Multimedia 03/06/2023 18:50

Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Read more
Multimedia 03/06/2023 10:14

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Read more
Multimedia 03/06/2023 01:02

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Read more
Multimedia 02/06/2023 16:44

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Read more
Multimedia 02/06/2023 15:32

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Read more
Multimedia 02/06/2023 13:14

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Read more
Hadisə 02/06/2023 11:16

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Read more
Multimedia 02/06/2023 00:02

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

Read more
Multimedia 01/06/2023 16:19

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Read more
Multimedia 01/06/2023 11:35

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

Read more
Multimedia 31/05/2023 17:46

Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Read more
Multimedia 31/05/2023 16:13

Oğuza dolu düşdü – Video

Read more
Multimedia 30/05/2023 21:34

Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla