
Brüsseldə pensiyaların azaldılmasına qarşı keçirilən etirazlarda dörd polis yüngül xəsarət alıb.
Bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polislər yanğınsöndürənlərlə qısamüddətli toqquşma nəticəsində yaralanıblar. Qısa müddətə gözyaşardıcı qazdan istifadə edilib.
Polis hadisənin qısamüddətli və lokal xarakter daşıdığını vurğulayıb.