
Moldova və Avropa İttifaqı ölkə üçün 1,9 milyard avroluq inkişaf planı imzalayıblar ki, bunun da böyük hissəsi kredit, bir hissəsi isə qrant kimi təqdim olunacaq.
“Mayın 9-da Moldovanın Baş naziri Dorin Reçan və genişlənmə üzrə Avropa komissarı Marta Kos Aİ-də 2025-ci ilin martında qəbul edilmiş 1,9 milyard avroluq Moldovanın İnkişaf Planını imzalayıb. Paket üç il ərzində ölkəyə 1,5 milyard avro kredit və təxminən 400 milyon avro qrant verilməsini nəzərdə tutur”, – məlumatda bildirilir.
Vəsaitlər sosial-iqtisadi islahatları sürətləndirmək, dayanıqlılığı gücləndirmək və Moldovanın Avropaya inteqrasiyasını təşviq etmək üçün istifadə olunacaq.