“British Airways” yeni koronavirus (COVID-19) infeksiyası səbəbindən işçilərin 36 min nəfərini müvəqqəti ixtisar etməyi düşünür.

Bu barədə “BBC” açıqlama yayıb.

Ümumilikdə, ixtisarlar hava heyəti, yerüstü işçilər, mühəndislər və aviaşirkətin baş ofisinin işçilərinin 80% -nə təsir edəcək.

Qeyd edək ki, martın 31-də “British Airways” koronavirus səbəbindən aviareyslərə tələbatın azalmasından sonra Londonun Qatvik hava limanından bütün uçuşları dayandırmaq qərarına gəlib.

Birləşmiş Krallıqda 25 150 nəfərdə koronavirus infeksiyası təsdiqlənib və k nəfər ölüb. Martın 23-dən ölkədə karantin tətbiq olunub.

İstinadlar Report