Böyük Britaniyadan Ruandaya qeyri-qanuni miqrantların göndərilməsi üçün uçuşlar iyulun ortalarında başlayacaq.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak mətbuat konfransında deyib.

“İlk uçuşlar 10-12 həftəyə başlayaq. Əlbəttə ki, bu, bizim istədiyimiz vaxtdan gecdir. Lakin biz həmişə açıq şəkildə bəyan etmişik ki, bütün prosedurlar vaxt aparacaq”, – o vurğulayıb.

Baş nazir gecikmələrə görə müxalif Leyboristlər Partiyasının nümayəndələrini ittiham edib. R.Sunak qeyd edib ki, onlar qanun layihəsinə bir neçə dəfə düzəlişlər edib və onu İcmalar Palatasına qaytarmışdılar.

İstinadlar Report