
Böyük Britaniya ordusu ölkənin silahlı qüvvələrinin inkişafına mane olan bir sıra ciddi problemlərlə üzləşib.
Bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.
“Biz bilirik ki, silahlı qüvvələrin hər üç qolu çox ciddi problemlərlə üzləşir”, – nazir vurğulayıb.
Britaniya ordusundakı ən böyük problemlər arasında nazir satınalmaların düzgün idarə edilməməsi, şəxsi heyətin aşağı əhval-ruhiyyəsi və hərbi personalın işə götürülməsi və saxlanmasında böhranın olmasını sadalayıb.