Böyük Britaniyanın Biznes və Ticarətin ixracı üzrə dövlət naziri Malkolm Offord dekabrın 7-də Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında bu ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.Offord Böyük Britaniya tərəfdən komissiyaya rəhbərlik edir. Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovdur.

İstinadlar Report