Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina etməsi öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.
Buna baxmayaraq, dövlətlər keçmiş müstəmləkə ərazilərindən imtina etdiyi bir dönəmdə Fransa hər vəchlə, sahib olduğu dənizaşırı ərazilər üzərində sərt nəzarəti gücləndirməklə müstəmləkəçilik siyasətini yeni üsullarla davam etdirir.
İndiki postmüstəmləkə dövründə Fransanın bu siyasəti keçmiş koloniyalarını siyasi, iqtisadi, mənəvi-mədəni sahələrdə öz təsiri altında saxlayıb, həmin ölkələrin təbii sərvətlərini mənimsəmək məqsədi daşıyır. Fransanın bu siyasətdən əl çəkməməsi yerli xalqların daha da məhvi ilə nəticələnir.
Makron hökuməti anlamalıdır ki, bu yanlış siyasətin nəticəsi yoxdur və o uğursuzluğa düçar olmağa məhkumdur. Nə qədər ki, gec deyil, Fransa dənizaşırı ərazilərin müstəqilik yolundan çəkilməli və öz bədnam siyasətinə son qoymalıdır.
Qeyd edək ki, Böyük Britaniya uzun illər davam edən mübahisələrdən sonra Mavrikiyə Hind okeanında ABŞ ilə birgə hərbi bazasının yerləşdiyi Çaqos arxipelaqı üzərində suverenliyi təhvil verəcək.