
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yenilənmiş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib.
Raket buraxıldıqdan sonra dərhal kursundan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps və admiral Ben Kinin (Dəniz Qüvvələrinin rəhbəri) olduğu sualtı qayığın yanına düşüb.
Insident ABŞ-nin Florida ştatının sahillərində Atlantik okeanında təlim missiyası zamanı baş verib. Əvvəlcə “Trident II D5″in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanının mərkəzindəki hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi.
Qəzetin yazdığına görə, uğursuz sınağın başvermə şəraiti ilə bağlı araşdırma başlanılıb. Bundan əlavə, Böyük Britaniya Port Canaveralda dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb.
Krallığın Müdafiə Nazirliyi buraxılış zamanı “anomaliyanın baş verdiyini” təsdiqləyib.