Mühafizəkarlar Partiyası 4 iyul parlament seçkilərində qalib gələcəyi təqdirdə Britaniya hərbi xidmətə çağırış praktikasına qayıdacaq.

Bu barədə Britaniyanın Baş naziri Rişi Sunak “The Mail on Sunday” qəzetindəki məqaləsində yazıb.

Baş nazirin sözlərinə görə, icbari hərbi xidmətə qayıtmaq Böyük Britaniyanın gənclərinin həyatını dəyişdirəcək imkanlar yaradacaq.

“Bir ata olaraq iki qızımın milli xidmətdən keçməsini səbirsizliklə gözləyirəm: düşünürəm ki, təcrübəli faydalı toplayacaqlar. İngilis olmaq pasport nəzarətində növbə çəkməkdən daha çox şeydir”, – Sunak yazıb.

“The Mail on Sunday”in materialında qeyd olunur ki, icbari xidmətin bərpası planı Baş nazir tərəfindən ən yaxın məsləhətçilərinin köməyi ilə gizli şəkildə tərtib edilmişdir. Onların arasında Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri və krallığın keçmiş xarici işlər naziri Uilyam Heyq də olub.

Qərar Londonun İran, Çin, KXDR və Rusiya kimi təsnif etdiyi avtoritar ölkələrin “artan beynəlxalq təhdidləri” ilə bağlıdır. 18-24 yaş arası məcburi xidmət keçən vətəndaşların təbii fəlakətdən qorunma, səhiyyə, dağ axtarış-xilasetmə və yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyətlərdə iştirak edəcəyi gözlənilir.

İstinadlar Report