
“Rusiya hətta nüvə şantajına belə əl atsa da, beynəlxalq tərəfdaşlar tərəfindən Ukraynaya dəstəyi zəiflədə bilməyəcək”.
Bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahının yerləşdirilməsi barədə açıqlaması növbəti qorxu və güc tətbiqi cəhdidir.
“Bu, əvvəllər də işləmirdi və gələcəkdə də işləməyəcək. Biz Ukraynanın özünümüdafiə səylərini dəstəkləməyə davam edəcəyik”.