Britaniyanın paytaxtı Londonda ötən gün polisin səlahiyyətlərinin genişləndirillməsinə qarşı keçirilən etiraz aksiyasında 9 nəfər saxlanıılıb.

Bu barədə “Reuters” agentliyi bildirib.

Britaniya paytaxtının mərkəzi hissəsindəki təntənəli yürüşdə 1 000-dən çox insan iştirak edib.

Nümayişə görə gündüz Tauersk körpüsündə hərəkət müvəqqəti dayandırılıb.

Britaniya sakinləri hələ martdan mübahisəli qanun layihəsinə qarşı aksiyalar keçirirlər. Qanun layihəsi polisə etiraz aksiyalarını dağıtmaq, həmçinin vandalizm və ictimai asayişin pozulması üçün ağır cəza səlahiyyətləri verir. COVID-19 məhdudiyyətlərinə baxmayaraq, aksiyalar 2 aydır davam edir.

İstinadlar Report