Böyük Britaniyada polis idarəsinin yaxınlığında yerləşən böyük marixuana fabriki aşkarlanıb.

Qeyd olunub ki, Qərbi Uelsdə yerli sakinlər bir aydır ərazidə narkotik qoxusunun gəldiyini bildiriblər. Nəticədə hüquq mühafizə orqanın əməkdaşları polis məntəqəsindən cəmi dörd qapı aralıda olan fabrikə basqın edib.

Basqın zamanı təxminən 435 ədəd marixuana bitkisi və onların yetişdirilməsi üçün istifadə olunan avadanlıq ələ keçirilib. Əməliyyatın uğurlu keçməsinə baxmayaraq, hələlik heç kim həbs edilməyib və iş üzrə istintaq davam edir.

İstinadlar Report