Böyük Britaniyanın daxili işlər naziri Priti Patel, millət vəkili Devid Amessin öldürülməsindən sonra ölkə parlamentinin üzvləri üçün təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsi barədə göstəriş verib.

Göstərişlə bağlı aparılacaq araşdırmanın nəticəsi hökumətə və daxili işlər nazirinə təqdim ediləcək.

Bundan başqa nazir krallığın hüquq-mühafizə və kəşfiyyat orqanlarının rəsmiləri ilə yanaşı İcmalar Palatasının spikeri ilə görüşərək faciəli hadisəni müzakirə edib.

İstinadlar Report