
Böyük Britaniyada meymunçiçəyinə ümumi yoluxma sayı 1 035 nəfərə çatıb.
Bu barədə çərşənbə axşamı Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Onların 79%-i Londondadır. Şotlandiyada 27, Uelsdə 9, Şimali İrlandiyada 5 xəstəlik halı var.
Xəstələrin böyük əksəriyyətinin kişilər olduğu bildirilir. Bu günə qədər ölkədə yaşayan yalnız beş qadının qanında virus aşkar edilib. Xəstələrin orta yaşı 36-dır.

