Böyük Britaniyada meymunçiçəyinə daha 16 yoluxma qeydə alınıb.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bununla da ümumi yoluxma sayı 106-ya çatıb. Onlardan 101-i İngiltərədə, üçü Şotlandiyada, bir nəfər isə Uelsdə aşkarlanıb.

Agentlik əlavə edib ki, virusun ölkə əhalisi üçün yaratdığı təhlükə səviyyəsi aşağı olaraq qalır.

İstinadlar Report