Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” beynəlxalq aeroportunda xüsusi zonalar yaradılacaq.

Bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qramt Şepps məlumat verib.

Onun sözlərinə görə, bu ərazilər koronavirusun yayıldığı bölgələrdən gələn sərnişinlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, artıq yüzlərlə insan koronovirusa yoluxub, 9 nəfər isə bu virusdan ölüb. Virusla bağlı vəziyyət Asiyanın bazar fondlarına da təsir göstərib.

Alparslan Öztürk

İstinadlar Report