Böyük Britaniyada son sutkada koronavirusdan 377 nəfər ölüb.

Bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 837-yə çatıb.

Eyni zamanda bir gün ərzində COVID-19-a 1 887 yeni yoluxma qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 269 127 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,8 milyonu ötüb. Bunların 2,5 milyon nəfərdən çoxu sağalıb, 359 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report