
Böyük Britaniyanın iki vətəndaşı rəsmi olaraq Çinə casusluqda ittiham olunub.
Bu barədə BBC məlumat yayıb.
Belə ki, 32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keşə qarşı ittiham irəli sürülüb. Məhkəmə prosesi aprelin 26-na təyin edilib.
London Polisinin Terrorla Mübarizə Şöbəsi insanları işin məhkəmədə olduğu müddətdə əlavə şərh və ya spekulyasiyalardan çəkinməyə çağırıb.