Böyük Britaniyanın Kral Prokurorluq xidməti (“Tac Prosecution Service, CPS”) Birləşmiş Krallıqda bir həftədir dayanmayan iğtişaşların 100-ə yaxın iştirakçısına qarşı ittiham irəli sürüb.

Bu barədə prokurorluğun “X” sosial şəbəkəsindəki məlumatında deyilir.

“Komandalarımız polislə birlikdə gecə-gündüz çalışırlar ki, mümkün qədər tez ittiham irəli sürsünlər və ədalətin bərqərar olmasını təmin etsinlər. İndiyə qədər 100-ə yaxın şəxsə qarşı ittiham irəli sürmüşük”, – məlumatda qeyd olunub.

İstinadlar Report