Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.

Bu barədə “Palestine Action” hərəkatının saytında yayılan press-relizdə deyilir.

“Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar”, – məlumatda bildirilir.

Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.

İstinadlar Report