Böyük Britaniya Milli Cinayət Agentliyi çirkli pulların yuyulmasında şübhəli bilinən rusiyalı iş adamını saxlayıb.

Bu barədə “İndependent” məlumat yayıb.

Qeyd olunub ki, axtarış zamanı bir neçə elektron cihaz və xeyli miqdarda nağd pul götürülüb.

Saxlanılan iş adamı və onun iki tanışı dindirildikdən sonra zaminə buraxılıb.

Bundan əvvəl Şpitsbergen arxipelağında qadağan olunmuş foto çəkilişdə ittiham olunan rusiyalı iş adamı Andrey Yakuninin işi üzrə keçirilən prosesdə prokuror ona 120 sutka həbs cəzası istəyib.

İstinadlar Report