Böyük Britaniyada koronavirusa yoluxanların sayı bir həftə ərzində 32% artaraq 2,3 milyon nəfərə çatıb.

Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, son iki ayda koronavirusa yoluxanların sayının ən yüksəkidir. Bu vəziyyətə səbəb olan əsas amillər koronavirus infeksiyasının yeni ştammlarının, xüsusilə BA.4 və BA.5 və digər dominant ştammların yayılmasıdır.

İstinadlar Report