Böyük Britaniya hökuməti ölkədə miqrantlara qarşı keçirilə nümayişlər zamanı hücuma məruz qala biləcək məscidlər üçün əlavə mühafizə təmin edib.
Bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper məlumat verib.
“Yerli məscidlərin üzləşdiyi biabırçı təhdidlər və hücumlar fonunda hökumət Məscidin Mühafizəsi və Təhlükəsizliyi proqramı vasitəsilə ibadət yerlərinə əlavə əməliyyat dəstəyi, eləcə də yerli polis qüvvələri tərəfindən dəstək verir”, – deyə o qeyd edib.