London polisi əfsanəvi Beyker küçəsində Şerlok Holmsun qondarma evinin yaxınlığında baş vermiş 30 illik qətlin üstünü açıb.

Bu barədə “Daily Telegraph” qəzeti yazıb.

Qətl 1994-cü il avqustun 8-də baş verib: naməlum şəxs kirayədə qaldığı mənzildə Marina Koppelə 140-dan çox bıçaq xəsarəti yetirib. Müstəntiqlərin əllərində qurbanın üzüklərində tük və qanlı iz şəklində sübutlar var idi, lakin DNT-ni təhlil etmək üçün lazımi texnologiyaya malik deyildilər.

Nəşr yazır ki, zəruri təhqiqatlar yalnız 2022-ci ildə aparılıb. Əsas şübhəli, qətl zamanı 21 yaşında olan və Beyker-strit-dəki “Sherlock Holmes News” köşkündə atası üçün tapşırıqlar verən Sandip Patel idi.

2023-cü ildə Patelə qətl ittihamı irəli sürülüb. Qeyd edilir ki, o, hücum zamanı Koppeli PİN nömrəsini verməyə məcbur edib və onun bank kartından pul çıxarmaq üçün istifadə edib.

İstinadlar Report