
Böyük Britaniya hökuməti RF ilə sıx ticari-iqtisadi əlaqələri olan ölkələrlə ixrac əməliyyatları aparan Britaniya sahibkarlarını və şirkətlərini Rusiyaya qarşı sanksiyalardan yayınmağı yardım edən biznes strukturları siyahısına daxil edilməmək üçün diqqətli olmağa çağırır.
Bu tövsiyə 14 ölkəyə, o cümlədən Ermənistan, Çin, Hindistan, Tailand, Monqolustan və s. aid edilir.
Britaniya hökuməti malların təkrar ixracında iştirak edə və ya Rusiya iqtisadiyyatına dəstək verə bilən tərəfdaşlarla əməkdaşlıq riskləri barədə xəbərdarlıq edir və bunun London və onun müttəfiqləri tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsi ilə nəticələnə biləcəyini vurğulayır.
“Rusiya Qərb istehsalı olan, xüsusi təyinatlı mallar və məhsulları üçüncü tərəflərdən almağa davam edir, əksər hallarda da hökumətlərin xəbəri olmadan. Müəssisələr iş apardıqları ölkələrdə ixraca nəzarət mühitini davamlı olaraq qiymətləndirməlidirlər. Şirkətlər, ola bilsin, risk altında olan məhsulların Rusiyaya təkrar ixracının qarşısını almaq üçün müəyyən ölkələrə ixracı üzərində daha ətraflı yoxlama aparmaq istəyə bilər, hərçənd risklər hər bir ölkə və ticarətin müxtəlif növləri üçün fərqli ola bilər. Böyük Britaniya hökuməti son təyinat yeri Rusiya və ya sanksiyalara məruz qalan hər hansı digər biri olmayan bütün ölkələrlə ticarəti tam dəstəkləyir”, – sənəddə deyilir.