Böyük Britaniya 2028-ci ilə qədər ölkədəki yəhudi icmaları, məktəbləri və sinaqoqları üçün təhlükəsizlik tədbirlərini təmin etmək üçün “Community Security Trust” (CST) xeyriyyə təşkilatına 72 milyon funt sterlinq (91 milyon ABŞ dolları) ayıracaq.

Bu barədə “Sky news” məlumat yayıb.

Maliyyə vəsaiti yəhudi icmasının üzvlərinin ziyarət etdiyi məkanların mühafizəsinin təmin edilməsinə, müşahidə kameralarının və siqnalizasiya sistemlərinin quraşdırılmasına sərf olunacaq.

İstinadlar Report