Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Şimali Koreyanın aprelin 2-də ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır. Qeyri-qanuni ballistik raket buraxılışları Koreya yarımadasında sülh və təhlükəsizliyi pozmaqda davam edir. Böyük Britaniya qətiyyətlə Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, dialoqa qayıtmağa, nüvəsizləşdirmə istiqamətində etibarlı addımlara çağırır”, – bəyanatda deyilir.

İstinadlar Report