Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfəri barədə xahişinə razılıq verib.

“Britaniyanın xarici işlər naziri Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlmək barədə xahiş edib. Moskva səfərin fevralda keçirilməsinə razılıq verib”, – deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın XİN başçıları 2017-ci ilin dekabrından Rusiyaya səfər etmirlər.