Qərb Ukraynanı kifayət qədər dəstəkləmir.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Kameron deyib.

O bildirib ki, Ukraynanın kifayət qədər silah-sursatı yoxdur: “Kiyevin ABŞ-nin dəstəyinə ehtiyacı var. Ukraynaya daha çox maliyyə və silah lazımdır”.

“Biz sözlərimizə sadiq olmalıyıq”, – nazir əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.

İstinadlar Report