“Donbas uğrunda döyüşlər qızışır. Rusiya Prezidenti Vladimir Putin qalib gəlsə, gözlərini Ukraynanın daha böyük ərazilərinə dikəcək. Beləliklə, bütün ölkə Putinin nəzarəti altında keçənədək o, əl çəkməyəcək”.

Bu fikirlər Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “Express” qəzetində dərc olunan “Putinə silahla bağlı xəbərdarlığı: “İndiyə qədər Rusiyanın səhv olduğunu sübut etdik” sərlövhəli məqaləsində əksini tapıb.

“İndi aydın olur ki, Putin Ukraynanı sındıra, bu dövləti özünə tabe edə bilməz. Bu, olmayacaq. Ancaq biz daha da irəli getməliyik. Bizim hamımız üçün strateji və mənəvi məqsəd Ukraynanın qalib gəlməsidir. Mən müttəfiqlərimizi Ukraynaya daha çox hərbi dəstək göndərməyə çağırıram. Ukrayna üçün ən yaxşı təhlükəsizlik onun özünü müdafiə bacarığından asılıdır.

İstinadlar Report