Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

“Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb”, – bəyanatda deyilir.

İstinadlar Report