Böyük Britaniya Ukraynaya “Sea King” döyüş helikopteri verib.

Bunu Britaniyanın müdafiə naziri Ben Yolles deyib.

Onun sözlərinə görə, 1 helikopter artıq Ukraynaya çatıb. Daha 2 helikopter yaxın vaxtlarda Ukraynada olacaq.

Nazir həmçinin söyləyib ki, Britaniya Ukraynaya 10 min artilleriya mərmisi verəcək: “Sursatlar Ukrayna Silahlı Qüvvələrinə bu yaxınlarda azad edilmiş ərazini qorumaqda kömək edəcək”.

İstinadlar Report