Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində öz rolunu oynamağa hazırdır.

Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə səfəri zamanı Sky News telekanalına müsahibəsində bildirib.

“Mən bunu bir sıra müttəfiqlərlə, həmçinin Prezidenti Emmanuel Makronla müzakirə etmişəm, biz öz rolumuzu tam yerinə yetirəcəyik. Biz öhdəmizə düşəni tam şəkildə edəcəyik. Çünki məsələ təkcə Ukraynanın suverenliyindən getmir”, – o bildirib.

Digər tərəfdən Böyük Britaniya və Ukrayna arasında yüzillik tərəfdaşlığa dair bəyannamədə deyilir ki, rəmsi London Ukraynada hərbi bazaların və müdafiə infrastrukturunun yerləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.

İstinadlar Report