Böyük Britaniya münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazırdır.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer “The Daily Telegraph” qəzetinə yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, rəsmi London Kiyev üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır:
“Buraya Ukrayna hərbçilərinə davamlı dəstək daxildir. Böyük Britaniya artıq ən azı 2030-cu ilə qədər hər il 3 milyard funt sterlinq (3,8 milyard dollar) xərcləməyi öhdəsinə götürüb. Amma bu, həm də, lazım gələrsə, Ukraynada qoşunlarımızı yerləşdirməklə Kiyev üçün təhlükəsizlik təminatlarına töhfə vermək istəyi deməkdir”.