Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Nazirlik Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərini ABŞ-la dialoqa qayıtmağa çağırıb.

“KXDR-in növbəti dəfə iki qısa mənzilli ballistik raketi sınaqdan keçirməsindən dərin narahatıq. Bu sınaqlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, regional sülh və təhlükəsizliyə təhdiddir”, – bəyanatda deyilir.

Britaniya XİN Pxenyana qarşı sanksiyalar rejiminin saxlanmasının vacibliyini vurğulayıb.

İstinadlar Report