Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Qazax rayonunun Qızılhacılı kəndində 4 nəfərin mina partlayışı nəticəsində xəsarət alması ilə bağlı “X” hesabındakı paylaşımında qeyd edib.
“Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyik”, – deyə səfir bildirib.