Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ən dadlı meyvə və tərəvəzləri ölkəmizdə daddığını bildirib.

Səfir bu barədə “X” hesabında paylaşım edib.

Səfir kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşdüyünü də diqqətə çatdırıb: “Etiraf edirəm ki, ən dadlı meyvə və tərəvəzləri mən Azərbaycanda daddım. Nazir Məcnun Məmmədov ilə Azərbaycanda kənd təsərrüfatı və heyvandarlığın inkişafına dair maraqlı müzakirələr apardıq”.

İstinadlar Qafqazinfo