Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işləyir.

Bunu “The Guardian” qəzetinə müsahibəsində Krallığın xarici işlər naziri Liz Trass deyib.

“Mən bu ideyanı dəstəkləyirəm və biz bu məsələni yaxından öyrənirik. Kanada yenicə müvafiq qanun qəbul edib. Biz Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə bunun üzərində işləyirik, amma mən bu ideyanı mütləq dəstəkləyirəm. Sadəcə, bu məsələnin bütün təfərrüatlarını yaxşı işləməliyik”, – deyə Trass bildirib.

İstinadlar Report