Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Hind-Sakit okean regionunda baş verənləri izləməyə imkan verəcək qlobal NATO-nun yaradılmasına çağırıb.

Trass bunu Almaniyanın paytaxtında baş tutan NATO xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.

“Diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki avro-atlantik təhlükəsizliyi qoruyarkən Hind-Sakit okean regionuna da diqqət yetirməliyik”, – britaniyalı nazir bildirib.

İstinadlar Report