
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün istifadə olunan çoxməqsədli “Martlet” raketləri verib.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Britaniya hakimiyyəti rəsmi olaraq “Martlet” raketlərinin tədarükünü elan etməyib, lakin onların Ukraynada istifadəsi ilə bağlı ilk qeydlər hələ 2022-ci ildə ortaya çıxıb.