Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.

412 deputat layihənin lehinə, 202-si isə əleyhinə çıxıb.

Əgər parlament baş nazir Tereza Meyin “Brexit” üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.

Daha əvvəl Britaniya parlamentariləri Krallığın Aİ-nin tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün “Brexit” möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

İstinadlar Report