Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) sualtı qayıq əleyhinə və kəşfiyyat təyyarələri NATO-nun Baltik dənizində keçirdiyi “Baltic Sentry” (“Baltik keşikçi”) missiyasında iştirak edəcək.

Bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı ölkənin müdafiə naziri Con Hili bildirib.

“Bu gün təsdiq edə bilərəm ki, Britaniya HHQ “P-8 Poseidon” sualtı qayıq əleyhinə və “RC-135W Rivet Joint” kəşfiyyat təyyarələrini Baltik dənizində sualtı infrastrukturun qorunması üçün nəzərdə tutulmuş NATO-nun “Baltic Sentry” missiyasına göndərəcək”, – Hili deyib.

İstinadlar Report