Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.

“Müharibənin Avropaya qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini vurğulayıb”, – sənəddə bildirilib.

İstinadlar Report