Ukraynanın Avdeyevka şəhərinin qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, – məlumatda qeyd edilib.

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeyevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

İstinadlar Report