Rusiya-Ukrayna cəbhəsində əsas əməliyyat komandirlərindən biri olan general-polkovnik Mixail Teplinski istefaya göndərilib.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, bu, Rusiya hərbi elitasındakı fikir ayrılıqlarından xəbər verir: “Teplinski 2022-ci ilin noyabrında rus qoşunlarının Dnepr çayının qərbindən çıxarılmasına rəhbərlik edib. O, Rusiyada bacarıqlı komandir kimi tanınır”.

Kəşfiyyat məlumatlarına görə, onun Rusiya Hava-Desant Qoşunlarının rəhbəri kimi səlahiyyətlərini saxlayıb-saxlamaması sual altındadır: “Teplinskinin vəzifədən azad edilməsi böyük ehtimalla general Valeri Gerasimovun Ukraynadakı döyüşlərdəki şəxsi iradəsi və proseslərə rəhbərlik etmək ambisiyaları ilə bağlıdır”.

İstinadlar Report