“Ukrayna qüvvələri Lisiçanskdan geri çəkilib. Ehtimal ki, onlar hazır müdafiə mövqelərinə geri qayıdıblar. Rusiya Müdafiə Nazirliyi daha əvvəl Lisiçanskın mühasirəsini tamamladığını və şəhərə tam nəzarəti təmin etdiyini iddia etmişdi”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Luqansk vilayətində və şəhər ətrafında döyüşlər intensivləşib. Buna səbəb Rusiya qüvvələrinin davamlı irəliləyişidir. Rusiyanın diqqəti hazırda, demək olar ki, böyük bir hissəsi Ukrayna qüvvələrinin nəzarəti altında qalan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək. Donbas uğrunda gərgin mübarizə gedir. Bunun yaxın həftələrdə dəyişməsi ehtimalı azdır”, – məlumatda bildirilib.

İstinadlar Report