“Rusiya səfərbərliyə cəlb olunan şəxslərə təlim keçmək üçün inzibati və maddi-texniki problemlərlə üzləşəcək”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, qismən səfərbərliklə orduya çağırılan şəxslər hərbi bazalara yerləşdirilir: “Artıq 10 minlərlə çağırış vərəqəsi verilib”.

Əksər Qərb ölkələrindən fərqli olaraq Rusiya Silahlı Qüvvələri əsgərlərə xüsusi təlim müəssisələrində deyil, əməliyyat bölmələrində, aşağı səviyyəli, ilkin təlim keçir: “Rusiya səfərbərliyə tələsik başlayıb. Hərbi təlimçilər yoxdur. Bu, onu deməyə əsas verir ki, səfərbərliyə cəlb olunanların çoxu minimum hazırlığa malikdirlər”.

İstinadlar Report